Beynəlxalq Ana dili gününə həsr olunmuş şeir müsabiqəsi

Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana dili günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır. Xalqın taleyi, onun mənliyi, mənəviyyatı və mədəniyyəti olan dil cəmiyyətin təşəkkülü və inkişafı ilə birgə yaranır, tərəqqi edir.  Və bu gün dilimizin dövlət statuslu dillər arasında olmasına görə dilimizin mənəvi dirilik atributuna çevrilməsi yolunda böyük fədakarlıqlar göstərmiş, “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm” deyən ümummilli lider Heydər Əliyevə minnətdar olmalıyıq.

Beynəlxalq Ana Dili günü ilə əlaqədar olaraq 22.02.2019-cu il tarixində 6-8-ci sinif şagirdlərinin iştirakı ilə şeir müsabiqəsi keçirildi. Münsiflər heyəti qismində məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimləri iştirak edirdilər. Hər kəlməsi misri qılınc kimi kəsən, dilimizi sözün əsl mənasında sevən və yeni nəslə sevdirən sehirli misraları şagirdlər böyük həvəslə söylədilər.  Müsabiqənin sonunda münsiflər heyəti qərarlarını bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi