Azərbaycan yurdum mənim

Azərbaycan dili və ədəbiyyat aylığı ilə əlaqədar olaraq 20.02.2019-cu il tarixində tədbir keçirildi. “Azərbaycan yurdum mənim” adlanan tədbiri məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Gözəl Rəsulovanın rəhbərliyi ilə 6 ”B” sinif şagirdləri təşkil etmişdilər. Tədbirdə direktor müavini Günay Əhmədova, müəllimlər və valideynlər iştirak edirdilər. Rəşid Behbudovun ifası ilə başlanan tədbir şagirdlərin söylədikləri şeirlərlə davam etdi. Məhəmmədhüseyn Şəhriyarın, Məmməd Arazın, Zəlimxan Yaqubun, Almas İldırımın və digər sənətkarların ecazkar bir diyardan - Azərbaycandan, onun təkrarsız təbiətindən bəhs edən şeirləri tədbir iştirakçıları tərəfindən böyük həvəslə dinlənildi. Tədbirdə Şövkət Ələkbərovanın ifasında “Azərbaycan” mahnısı səsləndirildi. 6 ”B” sinif şagirdləri Aysel Zamanlı və İlahə Zamanlının ifasında “İnnabı” rəqsi nümayiş edildi. Eyni zamanda məktəbin istedadlı şagirdlərindən olan Vaqif Mərdanov da sazda öz ifaları ilə tədbir iştirakçılarını sevindirdi. Tədbir Xədicə Abbasovanın “Can Azərbaycan” mahnısının səsləndirilməsi ilə sona çatdı.