Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 7-ci ili qeyd edildi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 7-ci ili münasibətilə 13.02.2019-cu il tarixində tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı və ölkənin ərazi bütövlüyü, suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami rayon idarəsinin Həqiqi hərbi xidmətə çağırış şöbəsinin rəisi polkovnik-leytenant Aqşin Əliyev xidmətin yaranması, inkişafı və fəaliyyəti barədə geniş məruzə ilə çıxış etdi.  O, çıxışında Xidmət qarşısında duran mühüm vəzifələrin dayandığını qeyd etdi, eyni zamanda güclü iqtisadiyyata malik və  sürətlə inkişaf edən ölkəmizdə müasir və qüdrətli milli ordunun formalaşdığını, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində həyata keçirilən hərbi islahatların, aparılan ordu quruculuğunun ölkənin müdafiə qüdrətinin artırılmasına xidmət etdiyini söylədi.

Tədbirin sonunda xidməti vəzifəsində fərqlənən hərbi qulluqçular Rayon İcra Hakimiyyəti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Fəxri Fərmanları ilə təltif ediliblər, həmçinin Xidmətlə əməkdaşlıq edən bir qrup şəxslər mükafatlandırıldılar. Məktəbin hərbi rəhbəri Elçin Əliyev, 10-cu sinif şagirdi İlyas Vahabov və 11-ci sinif şagirdi Cavad Nəsibli də Fəxri Fərmanla təltif edilidilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi