Günəş sistemi

13.02.2019-cu il tarixində məktəbin ibtidai sinif müəllimi Nigar Quliyeva rəhbərlik etdiyi 2 “Ç” sinif şagirdləri ilə birlikdə həyat bilgisi fənnindən “Günəş sistemi” mövzusunda maraqlı dərs təşkil etdi. Dərsdə direktor müavini Səlimə Cəlilova, ibtidai sinif müəllimləri Svetlana Hüseynova və Rəfiqə Rəsulova iştirak edirdilər. Şagirdlər Günəş sistemində yerləşən Merkuri, Venera, Yer, Mars, Yupiter, Saturn, Uran, Neptun və Pluton planetləri haqqında məlumat verdilər, ulduzlardan ulduz birləşmələri göstərdilər. Dərs şagirdlərin kosmosa aid mahnısının ifası ilə başa çatdı.

Sonda direktor müavini və müəllimlər şagirdlərin fəallığını, dərsə həvəslə hazırlaşmaqlarını yüksək səviyyədə olduğunu qeyd etdilər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi