XV Avropa Gənclər Olimpiya Festivalı  ilə əlaqədar olaraq  görüş keçirildi

06.02.2019-cu il tarixində Bakı Şəhəri üzrə Təhsil  İdarəsində “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” çərçivəsində 2019-cu ilin 20-28 iyul tarixlərində Bakı şəhərində keçiriləcək  XV Avropa Gənclər Olimpiya Festivalı  ilə əlaqədar olaraq  görüş keçirilib. Görüşdə festivalda iştirak edəcək məktəb direktorları iştirak edirdilər. 

Tədbirdə çıxış edənlər XV Avropa Gənclər Olimpiya Festivalında məktəblərin rolu və vəzifələri barədə geniş məlumat verdilər. Eyni zamanda  proqramın əsas məqsədinin Avropa Olimpiya Komitəsinə üzv ölkələrin gəncləri arasında mədəniyyət və idmanı, həmçinin Olimpiya hərəkatını təşviq etməkdən ibarət olduğunu bildirdilər.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev Festivalda ölkəmizi təmsil edən məktəblilərin yüksək nəticələr əldə edəcəyinə və ölkəmizin idman şərəfini layiqincə qoruyacaqlarına inamını ifadə edib.

Müxtəlif ölkələrin təhsil müəssisələri ilə Bakı şəhər məktəbləri arasındakı əməkdaşlığı nəzərdə tutan püşkatma nəticəsində bizim məktəbin öhdəsinə Malta dövlətinin təhsil müəssisəsi ilə əməkdaşlıq etmək düşdü.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi