Görüş keçirildi

Peşəyönümü işinin aparılması strategiyasının düzgün qurulması məqsədi ilə 25.01.2019-cu il tarixində Nizami rayonunda yerləşən 4 nömrəli Bakı Peşə Liseyinin əməkdaşları ilə 9-cu sinif şagirdlərinin görüşü keçirildi. Görüşdə məktəbin direktor müavini Aybəniz Vəliyeva, Azərbaycan dili və ədəbiyyat müəllimi Sevda Əsgərova iştirak edirdilər. A.Vəliyeva şagirdlərə peşə təhsili barədə məlumat verdi. Liseyin əməkdaşları da öz növbəsində şagirdlərə liseydə mövcud olan ixtisaslardan bəhs etdilər, şagirdlərin ixtisas seçimi və təhsil müdəti ilə bağlı suallarını cavablandırdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi