Xoş gəlmisən, Yeni il

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə ilə keçirilən bayram tədbirlərimiz davam edir. Bu bayram tədbirlərindən biri də 28.12.2018-ci il tarixində məktəbin akt zalında keçirildi. "Xoş gəlmisən, Yeni il" adlı bayram tədbirini 5-8-ci siniflərin iştirakı ilə məktəbin biologiya müəllimi Samara Məmişova təşkil etdi. S.Məmişova bayram iştirakçılarını təbrik etdi. Şagirdlər hazırladıqları bir-birindən maraqlı musiqili nömrələr ilə iştirakçılarda xoş təəssürat yaratdılar.