Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə keçirilən bilik yarışı

27.12.2018-ci il tarixində məktəbin akt zalında Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə 3 “A”, 3 “B” və 3 “C” sinifləri arasında bilik yarışı keçirildi. Məktəbin direktoru Akif Rəsulov, direktor müavini Səlimə Cəlilova, ibtidai sinif müəllimləri və digər fənn müəllimi münsiflər heyəti qismində idilər. 3 “A” sinfi “Xarı bülbül”, 3 “B” sinfi “Qarabağ”, 3 “C” sinfi “Odlar yurdu” adı altında yarışdılar. Tədbirin təşkilatçısı olan məktəbin ibtidai sinif müəllimi Günay Sədiyeva yarışma ərzində şagirdlərə Azərbaycan dili, riyaziyyat, həyat bilgisi, informatika, məntiq, təsviri incəsənət, texnologiya və musiqi fənlərini əhatə edən 26 sual təqdim etdi.

Fasilə zamanı şagirdlər Azərbaycan, Qarabağ haqqında şeirlər söylədilər və “Ana yurdum Azərbaycan” mahnısını ifa etdilər. Yarışma ərzində göstərilən nəticələrə əsasən 3 “A” sinfi I yer, 3 “C” sinfi II yer, 3 “B” sinfi III yerə layiq görüldü.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi