Quşların qayğısına qalırıq

Kiçik yaşlarından təbiətlə ünsiyyətdə olmaq uşaqların inkişafı üçün böyük əhəmiyyət daşıyır. Həyatımızın ayrılmaz hissəsi və ən yaxın dostlarımız olan heyvanlar, uşaqların inkişafında da mühüm rol oynayır. Heyvan sevgisi ilə böyüyən uşaq cəmiyyətə daha rahat uyğunlaşır. Bu baxımdan şagirdlərdə heyvan sevgisini formalaşdırmaq məqsədi ilə 27.12.2018-ci il tarixində məktəbin ibtidai sinif müəllimi Alina Paşayeva rəhbərlik etdiyi 1 “Ç” sinif ilə birlikdə həyat bilgisi dərsində keçilən “Покормите птиц зимой” mövzusuna uyğun olaraq quşlar üçün müxtəlif əşyalardan istifadə edərək kiçik evciklər düzəltdilər. Sonra şagirdlər müəllimə A.Paşayevanın yardımı ilə həmin kiçik evcikləri məktəbin həyətindəki ağacların budaqlarınn üzərlərinə yerləşdirdilər. Eyni zamanda şagirdlər quşların ac qalmaması üçün evciklərə yemlər qoydular.