“Əyləncəli biologiya” adlı viktorina keçirildi

Şagirdlərdə fənlərə olan marağın artırılması məqsədilə 24.12.2018-ci il tarixində məktəbin biologiya müəllimi Samara Məmişovanın  təşkilatçılığı ilə 6 “A” və 6 ”B” sinif şagirdləri arasında “Əyləncəli biologiya” adlı viktorina keçirildi. Viktorinada direktor Akif Rəsulov, direktor müavini Günay Əhmədova və müəllimlər iştirak edirdilər. S.Məmişovanın İKT vasitələrinindən istifadə edərək hazırladığı viktorina şagirdlərdə böyük maraq oyatdı. “Lalə” və “Qızılgül” komandaları arasında  gərgin mübarizə şəraitində keçən viktorinanın qalibi “Lalə” komandası, yəni 6 “A” sinif şagirdləri oldular. Qaliblər müdriyyət tərəfindən diplomlarla təltif edildilər və “Sülh quşu” adlı kubok qazandılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi