Bayram sərgisi

 Yeni il Yer kürəsinin bütün guşələrində dini etiqadlarından asılı olmayaraq müxtəlif xalqlar tərəfindən geniş qeyd olunan ən məşhur bayramlardandır. Yeni il Bayramı — dünyanın müxtəlif xalqları üçün ənənəvi bayrama çevrildiyi kimi, Azərbaycanda da insanların məişətinə daxil olub.

Uşaqların səbirsizliklə gözlədiyi bu bayram artıq məktəbin şagirdləri tərəfindən  qeyd olunmağa başlandı. İlk addımı ibtidai siniflər atdılar. Beləliklə, 20.12.2018-ci il tarixində ibtidai sinif müəllimi Nigar Quliyevanın rəhbərlik etdiyi 2 “Ç” sinfi ilə birlikdə Yeni il  bayramına həsr olunmuş sərgi təşkil etdilər. Sərgi şagirdlərin ifa etdikləri “Yeni il” mahnısı ilə açıq elan olundu. Təşkil olunmuş sərgidə şagirdlərin hazırladıqları maraqlı əl işləri nümayiş olundu. Sərgi ilə məktəbin direktoru Akif Rəsulov, direktor müavinləri Günay Əhmədova, Aybəniz Vəliyeva, Səlimə Cəlilova, pedaqoji kollektiv, şagirdlər və valideynlər tanış oldular. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi