Yaşıl düşüncə və yaşıl davranış

14.12.2018-ci il tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsi və SOCAR-ın Ekologiya idarəsinin birgə əməkdaşlığı ilə məktəblilərə tövsiyə xarakterli “Yaşıl düşüncə və yaşıl davranış” mövzusunda təqdimat keçirildi. Ekologiya idarəsinin Ekoloji təbliğat və sosial məsələlər şöbəsinin mühəndisləri Şirin Zeynalova və Ayşən Vayiç ekologiya ilə bağlı söhbətlər apardılar, yaşıllığın, suyun və havanın təmizliyinin insanın həyatındakı böyük rolundan bəhs etdilər. Tədbir diskussiya şəklində keçdi, şagirdlər verilən sualları maraqlı dinləyib cavablandırdılar. Eyni zamanda şagirdlər mövzunu əhatə edən təqdimatı izlədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi