“Mikroorqanizmlər üzərində məhkəmə” adlı tamaşa
Dekabr ayının kimya-biologiya aylığı elan olunması ilə əlaqədar olaraq 14.12.2018-ci il tarixində məktəbin biologiya müəllimi Samara Məmişova 6-cı sinif şagirdlərinin iştirakı ilə akt zalında “Mikroorqanizmlər üzərində məhkəmə” adlı tamaşa nümayiş etdirdilər. Tamaşada məktəbin direktoru Akif Rəsulov, direktor müavini Günay Əhmədova, həmçinin 5-ci sinif şagirdləri və valideynlər iştirak edirdilər. Şagirdlər mikroorqanizmlərin faydalı və zərərli xüsusiyyətlərindən danışaraq onların təbiətdə böyük əhəmiyyətə malik olduğunu göstərdilər.