Anım tədbiri

12.12.2018-ci il tarixində məktəbin 1 “C”, 1 “Ç”, 3 “A” sinif şagirləri də ulu öndəri böyük ehtiram və sevgi ilə yad etdilər. Sinif rəhbərləri Tamella Aydəmirova, Alina Paşayeva və Bəyim Əliyeva körpələrə Heydər Əliyevə həsr olunmuş guşənin qarşısında görkəmli dövlət xadimi haqqında məlumat verdilər. Şagirdlər də sevə-sevə ulu öndərə həsr olunmuş şeir və mahnılar söylədilər.
Keçirilən tədbirlərdə deyilən fikirlər bir daha sübut etdi ki, ümummilli lider Heydər Əliyevin Azərbaycana, doğma xalqına həsr edilmiş ömür yolu bu günün və gələcəyin gəncləri üçün parlaq nümunə, tərbiyə məktəbidir.