“Dünənimiz, bugünümüz, sabahımız” adlı diskussiya keçirildi

Dünyanın ən böyük siyasətçilərindən biri, görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq 11.12.2018-ci il tarixində məktəbin tarix müəllimi Elnarə Nuriyevanın təşkilatçılığı ilə “Dünənimiz, bugünümüz, sabahımız” adlı diskussiya keçirildi. Diskussiyada direktor müavinləri, tarix müəllimləri, 9 “A” və 10 “A” sinif şagirləri iştirak edirdilər.  Tədbirdə ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbir iştirakçıları “Lider anlayışı nədir?”, “Heydər Əliyev ilk hakimiyyət illərində hansı maneələrə rast gələ bilərdi?”, “Vura bilməyən daşın böyüyünü götürər” deyəndə nə başa düşürsünüz?”, “Dövlət xalq üçün yox, xalq dövlət üçündür” anlayışını izah edin”, “Siz lider olsaydınız nə edərdiniz?” sualları ətrafında müzakirələr apardılar. Müzakirələrin sonun da 10-cu sinif şagirdlərinin hazırladığı slayd nümayiş olundu.  

Sonda tərbiyə işləri üzrə direktor müavini Aybəniz Vəliyeva öz çıxışında bildirdi ki, ulu öndər Heydər Əliyevin fəaliyyəti heç vaxt xalqımızın yaddaşından silinməyəcək, bu böyük şəxsiyyət daim hörmət və ehtiramla yad ediləcəkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi