“Tariximizin şanlı səhifəsi” adlı “Dəyirmi masa”

Dövlət müstəqilliyimizin, ərazi bütövlüyümüzün, milli-mənəvi, demokratik dəyərlərimizin qarantı, dünya azərbaycanlılarının milli lideri, türk dünyasının böyük oğlu, tarixi şəxsiyyət Heydər Əlirza oğlu Əliyevin vəfatından 15 il ötür. Bununla əlaqədar olaraq 10.12.2018-ci il tarixində məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Sevda Əsgərova, direktor müavinləri Aybəniz Vəliyeva və Günay Əhmədova 8 “A” sinif şagirdləri ilə birlikdə “Tariximizin şanlı səhifəsi” adlı “Dəyirmi masa” keçirdilər. Tədbirdə ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Müəllimlər mənalı ömrünün tam bir qərinəsini Vətənimizdə qurub-yaratmağa həsr etmiş ulu öndər Heydər Əliyevin gərgin və əməli fəaliyyəti haqqında şagirdlərə ətraflı məlumat verdilər. Şagirdlər də öz növbəsində Heydər Əliyev haqqında hazırladıqları təqdimatları və şeir parçalarını iştirakçıların nəzərinə çatdırdılar. Sonda şagirdlər “Xalq Heydər deyəcək” mahnısını ifa etdilər.