Məktəbdaxili bilik yarışmasının nəticələri

16.11.2018-ci il tarixində istedadlı şagirdlərin aşkar olunması və həmin şagirdlərin növbəti rayon turunda iştirakını təmin etmək məqsədilə məktəbdaxilində Ana dili, ədəbiyyat, riyaziyyat, coğrafiya, fizika, kimya, biologiya, ingilis dili, tarix fənlərindən 5-11-ci sinif şagirdlərinin iştirakı ilə bilik yarışması keçirilmişdi.
07.12.2018-ci il tarixində yarışmada yüksək nəticə əldə edən şagirdlər məktəbin direktoru Akif Rəsulov tərəfindən diplomla təltif olundular.