Tarix fənnindən viktorina keçirildi

2018-2019-cu tədris ilinin noyabr ayı məktəbimizdə tarix və coğrafiya fənlərinin aylığı elan olunmuşdur. 29.11.2018-ci il tarixində akt zalında tarix müəllimi Elnarə Nuriyevanın təşkilatçılığı ilə 8 “A” və 8 “B” sinif şagirdləri arasında tarix fənnindən viktorina keçirildi. Viktorina üç mərhələdən ibarət idi. Komandalara I və II mərhələlərdə suallar verildi, III mərhələdə “Qəhrəmanlar unudulmur” adlı təqdimat hazırlamaq tapşırıldı. I mərhələdə fasilə zamanı “Şuşanın qədim abidələri” adlı slayd, III mərhələdə komandalar təqdimat hazırlayarkən “Qəhrəmanlar unudulmur” adlı videoçarx nümayiş olundu. Son mərhələdə qalib komanda müəyyən olundu.

Sonda söz məktəbin direktoru Akif Rəsulova verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi