Açıq dərs

Tarix-coğrafiya aylığı ilə əlaqədar olaraq 29.11.2018-ci il tarixində məktəbin tarix müəllimi Zülfiyyə Abdullayeva rəhbərlik etdiyi 7 “B” sinfi ilə birlikdə Azərbaycan tarixi fənnindən “Slavyanların Azərbaycana hərbi yürüşləri” mövzusunda “Açıq dərs” keçirdi. Fənn kurikulumu əsasında keçirilən dərsdə bütün mərhələlər icra edildi. Şagirdlər sərbəst şəkildə tapşırıqları yerinə yetirərkən tarix biliklərindən məharətlə istifadə etdilər. Dərsdə şagirdlərin bilik və bacarıqları meyarlar əsasında qiymətləndirildi. Dərsdə direktor, direktor müavinləri və fənn müəllimləri iştirak etdilər. Müasir tələblərə cavab verən bu dərs yüksək qiymətləndirildi.