Ekoloji məhkəmə

Tarix-coğrafiya aylığı ilə əlaqədar olaraq 28.11.2018-ci il tarixində məktəbin akt zalında coğrafiya müəllimi İradə Hacıyeva 8 “A” sinif şagirdləri ilə birlikdə “Ekoloji məhkəmə” adlı tədbir keçirdi. Tədbirdə direktor Akif Rəsulov, müəllimlər və şagirdlər iştirak edirdilər. Tədbirin məqsədi bəşəriyyətin atmosfer, hidrosfer, litosfer və biosferə vurduğu ziyanlar nəticəsində bütün coğrafi təbəqələrin ekoloji tarazlığının pozulmasına qarşı düzgün istiqamətin seçilməsidir. Bunun qarşısını almaq üçün iddiaçılar dəlil və sübutları ilə bəşəriyyəti günahlandırırlar. Bəşəriyyətin vəkilləri isə çalışırlar ki, etdikləri təbii və ekoloji pozulmaların qarşısında özlərini haqlı çıxarsınlar. Sonda coğrafi təbəqələr dünyaya problemlərini çatdırmağa çalışdılar. Bəşəriyyət söz verir ki, insanlığı ,cəmiyyəti və təbiəti qorumaq məqsədilə bu tarazlığın bərpasına çalışacaqdır. Sonda məktəbin direktoru Akif Rəsulov çıxış etdi, mövzu ilə bağlı öz müsbət fikirlərini söylədi.