20 Yanvar faciəsinə həsr olunmuş bir sıra tədbirlər keçirildi

Məktəbimizdə 20 Yanvar faciəsinin 26-ci il dönümünə həsr olunmuş divar qəzetləri buraxıldı.Gənc nəsildə vətənpərvərlik, müstəqillik, milli mənəvi dəyərlərə sadiqlik ideyalarını aşılamaq məqsədilə bütün sinif təşkilat saatlarında 20 Yanvar mövzusunda söhbətlər aparıldı. Məktəbimizin ətrafında yerləşən şəhid abidələri ziyarət olundu. 15.01.2016-ci il tarixdə 1B, 3A, 3B, 4A sinifləri Şəhidlər xiyabanını ziyarət etdilər, onların məzarları önünə gül dəstələri qoydular, şeirlər söylədilər. Məktəbimizdə fəaliyyət göstərən “Şən palitra” dərnəyi “Torpaq uğrunda ölən varsa, Vətəndir” mövzusunda rəsm sərgisi təşkil etdi. Məktəbin foyesində şəhidlərə həsr olunmuş guşənin qarşısında bütün ibtidai siniflər çıxış etdilər, şeirlər söylədilər. Seyidəliyeva Aytən Qasım qızı rəhbərlik etdiyi 1C sinfi ilə “Şəhidlər ölmür” adlı tədbiri məktəbin foyesində nümayış etdirdi. 19.01.2016-cı il tarixdə bütün siniflərdə 1-ci dərs “20 Yanvar” faciəsinə həsr olundu, 1 dəqiqəlik sükutla şəhidlər yad edildi. Həmin gün məktəbin foyesində Şəhidlər Xiyabanının ziyarəti zamanı çəkilmiş video çarx nümayış olundu. 19.01.2016-cı il tarixdə məktəbin akt zalında “Milli qəhrəmanlarımız and yerimizdir” adlı ədəbi bədii kompozisiya nümayış olundu. Tədbirin sonunda şagirdlərə 20 Yanvar faciəsinə həsr olunmuş film nümayış olundu, yekun sözlə məktəbin direktoru Akif müəllim çıxış etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi