“Qəhrəmanlar ölmür” adlı inşa yazı müsabiqəsi

Azərbaycanın cəsur oğlu, Sovet İttifaqı qəhrəmanı Mehdi Hüseynzadənin 100 illik yubileyinə həsr olunmuş “Qəhrəmanlar ölmür” adlı inşa yazı müsabiqəsi keçirildi. Müsabiqənin təşkilatçısı tərbiyə işləri üzrə direktor müavini Aybəniz Vəliyeva idi. Müsabiqədə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimləri Sevda Əsgərova və Sənubər Əliyevanın tədris etdikləri 8 “A” və 8 “B” sinfinin şagirdləri iştirak edirdilər.