“Müstəqilliyimiz əbədi olsun” adlı “Dəyirmi masa”

18 oktyabr “Azərbaycan Dövlət Müstəqilliyi Günü”dür. 27 il əvvəl Azərbaycan Respublikası Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul etdi. Konstitusiya Aktı qəbul edilsə də, əslində Azərbaycan özünün əsl müstəqilliyini Ümumilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra əldə etdi.
“Müstəqillik Günü” ilə əlaqədar olaraq 18.10.2018-ci il tarixində məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi Sevda Əsgərova 8 “A” sinif şagirdləri və digər fənn müəllimlərinin iştirakı ilə “Müstəqilliyimiz əbədi olsun” adlı “Dəyirmi masa” keçirdi. S.Əsgərova öz çıxışında bildirdi ki, Ulu öndər Heydər Əliyev ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi-siyasi və mənəvi-psixoloji gərginliyi aradan qaldırdı və Azərbaycan möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutdu. Şagirdlər də öz növbəsində hazırladıqları şeir parçalarını və topladıqları məlumatları iştirakçıların nəzərinə çatdırdılar.
Beləliklə, vaxtilə Heydər Əliyev tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir.