5 oktyabr "Beynəlxalq Müəllimlər Günü" kimi qeyd edilir

Savadsız insan meyvəsiz ağaca bənzər. Və bu ağacı yetişdirən məhz müəllimdir. Bizə yüksək bilik, savad bəxş edən, bəşəriyyətin inkişafında duran müəllimlərimizdir. Bu gün bütün dünyada olduğu kimi, Azərbaycanda da hörmətli müəllimlərimiz üçün əziz gündür - hər il 5 oktyabr "Beynəlxalq Müəllimlər Günü" kimi qeyd edilir. Bununla əlaqədar olaraq 05.10.2018-ci il tarixində məktəbin musiqi müəllimi Sevinc Hüseynovanın təşkilatçılığı ilə 8 “A” sinif şagirdləri bayram tədbiri keçirdilər. Tədbirdə direktor müavinləri, müəllimlər və şagirdlər iştirak edirdilər. 8 “A“ sinfinin şagirdləri hazırladıqları səhnəcikləri, musiqi parçalarını, şeirləri tədbir iştirakçılarının nəzərinə çatdırdılar. Sonra məktəbin direktor müavinləri çıxış etdilər. Sonda şagirdlər orta və ali məktəbdə onlara savadlı olmağı,daim öyrənməyin və öyrətməyin necə gözəl bir şey olduğunu başa salan, elmə, təhsilə sevgi yaradan müəllimlərini, həm də həyatın çətin yollarını keçməkdə, pisi yaxşıdan ayırmaqda, səbrli olmaqda onlara yol göstərən əziz müəllimləri bu bayram münasibətilə təbrik etdilər və əziyyətlərinə görə minnətdarlıqlarını bildirdilər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi