"e Twinning Plus Azerbaijan" layihəsinə yenidən start verildi

 Avropa məktəb tərəfdaşlıqları beynəlxalq e-Twinning layihəsində iştirak edən məktəbimizin ingilis dili müəllimi Şəhla Ələkbərova 08.08.2018-ci il tarixində Türkiyə dövlətinin rəhbərliyi altında yaradılmış “Seven art on my fingers” layihəsinə qoşulmuşdur.

26.09.2018-ci il tarixində Ş.Ələkbərova bu layihənin sentyabr ayı üçün nəzərdə tutulan “e-Twinning board” lövhəsini təşkil etdi. Layihədə iştirak edəcək sinif şagirdlərinin valideynləri üçün iclas keçirildi. Valideynlər layihə ilə tanış oldular və uşaqlarının e-Twinning layihəsinə qoşulmaları üçün razılıq verdilər, icazə sənədi imzaladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi