“Qoy həmişə sülh olsun” adlı tədbir keçirildi

Hər il olduğu kimi, bu il də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə 21 sentyabr Beynəlxalq Sülh Günü kimi qeyd olunur. Bununla əlaqədar olaraq 21.09.2018-ci il tarixində məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Sevda Əsgərovanın rəhbərlik etdiyi 8 “A” sinfində “Qoy həmişə sülh olsun” adlı tədbir keçirildi. Tədbirdə məktəbin direktor müavini Aybəniz Vəliyeva da iştirak edirdi. Şagirdlər hazırladıqları təqdimatlarda 21 sentyabr nəinki yalnız xalqlar arasında, həmçinin, ailələrdə, məktəblərdə köklü zorakılığa qarşı mübarizənin əldə olunmasına nail olmaq üçün bir gün olduğunu qeyd etdilər.