Mərkəzi Nəbatat Bağına ekskursiya təşkil olundu

6 iyun 2018-ci il tarixində məktəbin biologiya müəllimi Samara Məmişova, tarix müəllimi Zülfiyyə Abdullayeva, riyaziyyat müəllimi Şəhla Məmmədovanın və 6-7-ci sinif şagirdlərinin iştirakı ilə şəhərimizin ən yüksək nöqtəsində, dəniz səviyyəsindən 105-135 m hündürlükdə yerləşən Mərkəzi Nəbatat Bağına ekskursiya təşkil olundu. Şagirdlər  Bakının yaşıl zonasına daxil olaraq, onun ekoloji baxımdan təmiz mədəni mərkəzlərindən biri hesab olunan bu məkandakı  bitkilərin növü, cinsi və vətəni haqqında məlumatları həm azərbaycan, rus və latın dillərində bitkilərin üzərindən asılmış lövhəciklərdən, həm də Nəbatat Bağının əməkdaşı tərəfindən məlumatlandırıldılar .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi