Nizami rayonunda yerləşən Heydər Əliyev parkında “Oxu Günü” keçirildi
Uşaq, yeniyetmə və gənclər arasında mütaliə mədəniyyəti və oxu vərdişinin inkişafı, kitaba marağın artırılması məqsədilə 31 may 2018-ci il tarixində Nizami rayonunda yerləşən Heydər Əliyev parkında “Oxu Günü” keçirildi. Tədbirdə məktəbimizin şagirdləri də iştirak etdilər.