“Əlvida, ibtidai sinif” adlı yekun tədbir keçirildi

30 may 2018-ci il tarixində məktəbin akt zalında ibtidai sinif müəllimi Alina Paşayevanın rəhbərlik etdiyi 4Ç sinfinin “Əlvida, ibtidai sinif” adlı yekun tədbiri keçirildi. Tədbirdə məktəbin direktoru Akif Rəsulov, direktor müavinləri, müəllimlər, şagirdlər və valideynlər iştirak edirdilər. Şagirdlər hazırladıqları rəqsləri, “Sultan və üç arvad” səhnəciyini təqdim etdilər, tədbiri flaşmobla yekunlaşdırdılar. A.Paşayeva şagirdlərə öz ürək sözlərini və arzularını bildirdi. Sonda A.Rəsulov da çıxış edərək şagirdlərə yuxarı siniflərdə müvəffəqiyyətlər qazanmağı dilədi və öz həyat yollarını düzgün qurmağı məsləhət gördü.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi