Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş məktəbdaxili “Mini-futbol” turnirinə yekun vurulmuşdur

15 may 2018-ci il tarixdən start götürən "Mini-futbol" turniri maraqlı və idman mübarizəsi şəraitində keçmişdir. 29 may 2018-ci il tarixində final oyunu keçirildi. Final oynunda 6A və 9A sinfinin şagirdləri qarşılaşdılar. Gərgin və maraqlı idman şəraitində keçən oyun 6A sinif şagirdlərinin qələbəsi ilə yekunlaşdı. Sonda şagirdlər diplom və medallarla təltif olundular.
Turnirin qalib və mükafatçıları, digər nominasiyalar üzrə fərqlənənlər aşağıdakılardır:
I yer – 6A sinfi
II yer – 9A sinfi
III yer – 9B sinfi
Ən yaxşı oyunçu nominasiyası üzrə - 1. Nemət Məmmədli – 9A sinfi; 2. Hüseyn Zeynalzadə - 6B sinfi, 3. Mürsəl Əhmədzadə - 6A sinfi
Ən yaxşı nizam-intizamlı oyunçusu nominasiyası üzrə - 1. Ariz Xudiyev - 9B sinfi; 2. İlyas Vahabov – 9A sinfi; 3. Ceyhun Əmirzadə - 6A sinfi