Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi ilə əlaqədar olaraq tədbir keçirildi

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi ilə əlaqədar olaraq 25 may 2018-ci il tarixində məktəbin ibtidai sinif müəllimi Nigar Quliyeva rəhbərlik etdiyi 1Ç sinfi ilə birlikdə tədbir keçirdi. Tədbirdə direktor müavini Səlimə Cəlilova və ibtidai sinif müəllimi Səlmi Hacıyeva iştirak edirdilər. S.Cəlilova çıxış edərək şagirdlərə gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq və sair sahələrdə həyata keçirdiyi işlər barədə məlumat verdi. Şagirdlər də öz növbəsində hazırladıqları şeirləri söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi