Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş bədii və sənədli filmlərin nümayişi təşkil olundu

2018-ci il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli Respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi tamam olur. Bu münasibətlə 25 may 2018-ci il tarixində 8A və 8B siniflərində bədii və sənədli filmlərin nümayişi təşkil olundu. Məktəbin biologiya müəllimi Samara Məmişova və tarix müəllimi Elnarə Nuriyeva müstəqil Azərbaycanın tarix boyu qazandığı uğurlardan şagirdlərə ətraflı məlumat verdilər. Sonda Cümhuriyyətinin tarixini, onun görkəmli şəxsiyyətlərinin fəaliyyətini, ideyalarının təbliği haqqında sənədli film nümayiş olundu.