"Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi" ilə əlaqədar Tarix muzeyinə ekskursiya təşkil olundu

“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi ilə bağlı” tədbirlər planında İstiqlal və Tarix muzeylərinə ekskursiyaların təşkil olunması qeyd edilmişdir. Bu məqsədlə 22 may 2018-ci il tarixində məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimləri Gözəl Rəsulova və Mehbarə Behbudova 5-ci sinif şagirdləri ilə birlikdə Tarix muzeyinə ekskursiya etdilər. Muzeyin əməkdaşı Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti barədə şagirdlərə geniş məlumat verdi.