İncəsənət və Xalça muzeyinə ekskursiya təşkil olundu

Şagirdlərə Azərbaycanın zəngin mədəni irsini öyrətmək və onların dünyagörüşünün inkişaf etdirilməsi məqsədi ilə 18 may 2018-ci il tarixində məktəbin müəllimləri Samara Məmişov, Mehriban Vəliyeva, Asəf Mehdiyevin təşkilatçılığı ilə 7-ci sinif şagirdləri ilə birlikdə şəhərimizin İncəsənət və Xalça muzeyini ziyarət etdilər. Şagirdlərimizə muzeylərdə geniş məlumat verdilər, onların suallarını cavablandırdılar. Muzeydə şagirdlər Azərbaycanın qədim dövrlərinə aid müxtəlif maddi mənbələr, eksponatlar, bəzək əşyaları, əmək alətləri, xalçalar, geyimlər və digər zəngin kolleksiyalar ilə tanış oldular.