Peşəyönümü işinin aparılması strategiyasının düzgün qurulması məqsədi ilə görüş keçirildi

Peşəyönümü işinin aparılması strategiyasının düzgün qurulması məqsədi ilə 15 may 2018-ci il tarixində Bakı Kompüter Peşə Liseyinin istehsalat təlimi üzrə müəllimi Könül Abdullayeva ilə 9-cu sinif şagirdlərinin görüşü keçirildi. Görüşdə məktəbin direktoru Akif Rəsulov və direktor müavinləri iştirak edirdilər. K.Abdullayeva şagirdlərə liseydə mövcud olan ixtisaslar haqqında məlumat verdi, şagirdlərin ixtisas seçimi və təhsil müdəti ilə bağlı suallarını cavablandırdı. Direktor Akif Rəsulov çıxış edərək şagirdlərə gələcəkdə düzgün peşə seçimi etmək barədə tövsiyyələr verdi.