9 May - faşizm üzərində Qələbə Gününə həsr olunmuş tədbir keçirildi

XX əsrdə İkinci Dünya müharibəsi illəri bəşəriyyət üçün ən ağır və dəhşətli dövr olub. Almaniyada və İtaliyada yaranmış faşizm nəinki bu ölkələrin özünü, hətta bütün bəşəriyyəti, eyni zamanda Azərbaycanı da  təhlükə altına aldı. Lakin bu təhlükəli müharibənin sonu qalibiyyətlə yekunlaşdı.

Azərbaycanda 9 May - faşizm üzərində Qələbə Günü kimi qeyd olunur. Bu münasibət ilə məktəbin ibtidai sinif müəllimi Nigar Quliyeva rəhbərlik etdiyi 1Ç sinfi ilə birlikdə tədbir keçirdi. Tədbirdə direktor müavini Səlimə Cəlilova çıxış etdi, şagirdlərə o illər haqqında geniş məlumat verdi. Sonda 1941-45-ci illərdə müharibədə iştirak etmiş general Həzi Aslanova həsr olunmuş film nümayiş olundu.   

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi