İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiya təşkil olundu

Azərbaycan xalqının qədim və zəngin tarixinin öyrənilməsi, onun gələcək nəsillərə ötürülməsi məqsədi ilə 3 may 2018-ci il tarixdə məktəbin 7-ci sinif şagirdləri və sinif rəhbərlərinin İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiyası təşkil olundu. Ekskursiya zamanı şagirdlər İçərişəhərdə yerləşən tarixi-memarlıq abidələri ilə tanış oldular.