Şagirdlərin tətil günlərinin səmərli və maraqlı keçirməsi məqsədi ilə“Ulduz” şokolad fabrikinə ekskursiya təşkil edildi

3 may 2018-ci il tarixdə şagirdlərin tətil günlərinin səmərli və maraqlı keçirməsi məqsədi ilə məktəbin ibtidai sinif müəllimi Tamilla Aydəmirova rəhbərlik etdiyi 4C sinfi ilə birlikdə “Ulduz” şokolad fabrikinə ekskursiya təşkil etdi. Ekskursiyada şagirdlərlə bərabər valideynlər də iştirak edirdilər. Şagirdlər “Ulduz” şokolad fabrikinin fəaliyyəti ilə yaxından tanış oldular. Onlar bildilər ki, keyfiyyətli məhsul, zövqləri oxşayan qablaşdırma, sərfəli qiymət, yüksək səviyyədə xidmət müştərilərin sayının sürətlə artmasına səbəb olan ən mühüm amillərdir. Fabrik ilk məhsulu olan, tez bir zamanda istehlakçılar tərəfindən sevilərək qəbul edilən “Ulduz” şokoladlarından bu günkü müxtəlif rəngarəng çeşidli məhsullarına qədər böyük inkişaf yolu keçmişdir.
Kollektivin əldə etdiyi uğurları yerli və xarici qurumlar tərəfindən dəfələrlə yüksək qiymətləndirilib.