Cəmşid Naxçıvanskinin 120 illiyi ilə bağlı dəyirmi masa keçirildi

29 dekabr 2015-ci il tarixdə məktəbimizdə Azərbaycan xalqının cəsur generallarından biri olan Cəmşid Naxçıvanskinin 120 illiyi münasibətilə dəyirmi masa keçirildi. Giriş sözü ilə məktəbin direktoru Akif Rəsulov çıxış etdi. O, çıxışında şagirdlərin vətənpərvərlik tərbiyəsini xüsusi vurğuladı. Daha sonra isə məktəbin tarix müəllimi Vahid Bayramov geniş məruzə ilə çıxış etdi. O, çıxışında generalin hərb yolunun ayrı-ayrı mərhələlərini səciyyələndirdi.Cəmşid Naxçıvanskinin Sovet hakimiyyəti dövründəki fəaliyyətindən danışdı.Daha sonra dəyirmi masanın iştirakçıları olan şagirdlərdən Əhmədzadə Ləman, Fərzəliyev Fəxri, Həmzəyeva Adilə, Allahverdiyeva Samirə, Rzazadə Sara, İsmayılov Ülvi, Səlimova Selcan generalın həyat yolundan söz açdılar. Tədbirin sonunda "General Cəmşid Naxçıvanski" video çarxı nümayiş etdirildi.Generalın həyat və hərb fəaliyyətinə həsr olunmuş stendlər hazırlandı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi