18 aprel “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” ilə əlaqədar olaraq İçərişəhərdə yerləşən muzeylərə ekskursiya təşkil edildi

18 aprel “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” ilə əlaqədar olaraq İçərişəhərdə yerləşən muzelyərdə “açıq qapı” günü elan edilmişdir. Bu əlamətdar gün Tarixi Yerlər və Abidlərin Mühafizəsi Şurasının (İCOMOS) təklifi üzrə YUNESKO tərəfindən 1983-cü ildə təsis olunub.

Şagirdlərimizin estetik tərbiyəsini formalaşdırmaq məqsədi ilə həmin gün biologiya müəllimi Samara Məmişova 7-ci sinif şagirdləri ilə birlikdə  İçərişəhərdə yerləşən Şirvanşahlar Sarayı Kompleksi, Numizamatika ekspozisiyası, Tahir Salahovun ev muzeyi, miniatur kitab muzeyi ilə tanış oldular, bir çox məlumatlar əldə etdilər. Şagirdlər bu ekskursiyadan xoş təəssüratlarla qayıtdılar.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi