“Gilan Holdinq” Məhdud Məsuliyyətli Cəmiyyətinin 1 nömrəli çörək zavoduna ekskursiya təşkil edildi

17 aprel 2018-ci il tarixində məktəbin ibtidai sinif müəllimi Əlinə Paşayeva rəhbərlik etdiyi 4Ç sinfi ilə birlikdə Xətai rayonu ərazisində yerləşən “Gilan Holdinq” Məhdud Məsuliyyətli Cəmiyyətinin 1 nömrəli çörək zavoduna ekskursiya təşkil etmişdi. Zavodun əməkdaşı ekskursiya zamanı şagirdlərə texnologiyanın köməyi ilə çörəyin necə əldə olunması və onlara müxtəlif çörək çeşidləri haqqında məlumat verdi. Ərzaq təhlükəsizliyinin və əhalinin keyfiyyətli çörək məhsulları ilə təmin edilməsi üçün zavod Almaniyanın ən son texnologiyası əsasında qurulmuşdur. Bu ekskursiya şagirdlərdə xoş təəssüratlar yaratdı.