“2016-cı il Aprel döyüşlərindən 2 il keçir” adlı “Dəyirmi masa” keçirildi

4 aprel 2018-ci il tarixində 7A sinif şagirdlərinin iştirakı ilə “2016-cı il Aprel döyüşlərindən 2 il keçir” adlı “Dəyirmi masa” keçirildi. Tədbir şəhidlərin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Sonra Azərbaycan dili və ədəbiyyat müəllimi Sevda Əsgərova və direktor müavini Aybəniz Vəliyeva dördgünlük müharibə haqqında şagirdlərə ətraflı məlumat verdilər, aprel döyüşlərində düşmən hücumlarına layiqli cavab verən igidlərimiz torpaqlarımızın sahibsiz olmadığını, bu gün Azərbaycan ordusu xalqımıza məxsus olan zəngin hərbi ənənələri böyük məsuliyyət və şərəflə davam etdirdiyini qeyd etdilər. Eyni zamanda şagirdlərin fikirləri də dinlənildi. Fatma İsmayılova və Samirə Xanlarova “Qarabağı unutma” adlı şeir söylədilər.
Sonda “Aprel döyüşləri” və “Milli qəhrəmanlarımız” adlı video çarxlar nümayiş olundu.