“31 mart - Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunmuş “Tarixdən gələn səslər” adlı dəyirmi masa keçirildi

31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.

30 mart 2018-ci il tarixində 8A sinif şagirdlərinin iştirakı ilə “31 mart - Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunmuş “Tarixdən gələn səslər” adlı "Dəyirmi masa" keçirildi. Əvvəlcə bir dəqiqəlik sükutla faciə qurbanlarının xatirəsi yad edildi. Məktəbin tarix müəllimi Elnarə Nuriyeva və direktor müavini Aybəniz Vəliyeva şagirdlərə soyqırım haqqında məlumat verdilər. Şagirdlərin də fikirləri dinlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi