"Mən tolerantlığı necə başa düşürəm" mövzusunda tədbir keçirildi

Tolerantlıq - dini dözümlülükdür,yəni digər inanc və əqidələrə dini yanaşmadır. Tolerantlıq insan hüquqları və vicdanı ilə bağlıdır. Onun üçün dini dözümlülük, terror, ekstremizmin qəbul edilməməsi ilə xarakterikdir. Bu mövzu ilə əlaqədar 24 dekabr 2015-ci il tarixdə tədbir keçirildi. Tədbirdə tarix müəllimləri Elnarə Nuriyeva "Dini və milli tolerantlığın Azərbaycan modeli" , Vahid Bayramov "Azərbaycanla qonşu dövlətlərdə tolerantlıq" , Reyhan Zeynalova "Azərbaycançılıq fəlsəfəsi dinləri və xalqları birləşdirən əsas dəyərdir", Zülfiyyə Abdullayeva isə "Azərbaycanda tolerantlıq " mövzularında çıxış etdilər.Onların çıxışlarında qeyd olundu ki, Azərbaycan bir çox millətlərin və dini konfessiyaların dinc yanaşı yaşamasının unikal nümunəsidir. Azərbaycanda tarixən heç vaxt milli və dini zəmində ayrı-seçkilik və qarşıdurma baş verməyib, qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli mədəni və dini münasibətlər mövcud olub. Prezident İlham Əliyev mütəmadi olaraq, dini icmaların liderləri ilə görüşür, onların ehtiyac və problemlərinə maraq göstərir. Dövlətin bu sahədə yürütdüyü siyasət nəticəsində çoxmillətli Azərbaycan cəmiyyətində dinlərarası münasibətlər, dözümlülülk özünü yüksək səviyyədə göstərir. 2010-cu ildə Bakıda keçirilən dünya dinləri liderlərinin zirvə görüşündə Azərbaycanda tarixən heç vaxt milli və dini zəmində ayrı-seçkilik qarşıdurma baş verməyib, qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi ,milli mədəni və dini münasibətlərin mövcud olması dünyanın müxtəlif regionlarından tədbirə qatılmış nüfuzlu din xadimləri tərəfindən də təsdiq edilmişdir. Ölkədə mövcud ictimai-siyasi sabitlik, vətəndaş həmrəyliyi və etnik dini dözümlülük mühiti mütərəqqi tarixi ənənələrindən bəhrələnən milli siyasətin məntiqi nəticəsidir. Mövzu ilə bağlı 8-ci sinif şagirdi Əhmədzadə Ləman və 10-cu sinif şagirdi Bağırova Lalə tədbir iştirakçılarına öz fikirlərini çatdırdılar.