Səməd bəy Mehmandarovun 160 illiyinə həsr olunmuş tədbir keçirildi

4 dekabr 2015-ci il tarixdə məktəbimizdə Azərbaycan Xalq Cumhuriyyətinin hərbi naziri, sovet hərb xadimi Səməd bəy Mehmandarovun anadan olmasının 160 illiyi ilə bağlı tədbir keçirildi. Tədbirin təşkilatçıları məktəbin tarix müəllimləri Vahid Bayramov və Zülfiyyə Abdullayeva idi. Onlar şagirdlərə Səməd bəy Mehmandarovun həyatı və hərbi fəaliyyəti ilə bağlı geniş məlumat verdilər , şagirdləri maraqlandıran sualları cavablandırdılar. Sinif təşkilat saatlarında da sinif rəhbərləri tərəfindən Səməd bəy Mehmandarovun keçdiyi şərəfli həyat yolu işıqlandırıldı.Şagirdlərin hazırladıqları divar qəzetləri və fotostendlər məktəbin foyesini bəzəyirdi. Məktəbin kitabxanasında da generalın həyat və fəaliyyətini işıqlandıran guşə yaradılmışdır. Tədbirin sonunda şagirdlərə Azərbaycan generallarına həsr olunmuş "Fədailər" filmi nümayiş etdirildi.