"Narkomaniya əsrin bəlasıdır" mövzusunda tədbir keçirildi

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 İyun tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı"nın icrası məqsədi ilə məktəbimizdə hər il bu mövzuda tədbirlər keçirilir. 12 noyabr 2015-ci ildə Bakı Şəhər Baş Polis İdarəsi, Nizami Rayon Polis İdarəsi və Səhiyyə işçilərinin iştirak ilə birlikdə məktəbin akt zalında "Narkomaniya əsrin bəlasıdır" mövzusunda tədbir keçirildi. Azərbaycanda yeniyetmə və gənclər arasında bu qorxulu problemlə üzləşməmək üçün onlara daha açıq şəkildə məlumat verildi, geniş təbliğat və maarifləndirmə işləri aparıldı. Hamı yaxşı başa düşür ki, narkotizmlə mübarizə uzunmüddətli,çoxşaxəli,geniş maliyyə vəsaiti tələb edən bir dinamik prosesdir. Narkomanlıq və narkobiznes cəmiyyətin mənəvi, əxlaqi dəyərlərini sarsıdan sosial iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan başlıca amillərdəndir. Tədbirdə bu gün bəşəriyyəti düşündürən və rahatsız edən ən ağrılı probləmlərdən biri olan narkotizm haqqında geniş söhbət açıldı, şagirdləri maraqlandıran suallar cavablandırıldı. O cümlədən mövzu ilə bağlı videoçarxa da baxıldı
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi