"Qızıl payız" adlı rəsm sərgisi təşkil olundu

"Şən palitra" dərnəyinə məktəbin təsviri incəsənt müəllimi İmanova İradə rəhbərlik edir. Fəaliyyət Planına əsasən,keçirilən tədbirlərdə dərnək üzvləri yaxından iştirak edir. Onlar müntəzəm olaraq, əlamətdar günlərdə bayramlarla bağlı çəkdiyi rəsm əsərlərinin sərgisini təşkil edirlər. Növbəti sərgi payız fəslinə həsr olunmuşdur. "Qızıl payız" sərgisində dərnəyin fəal üzvləri çəkdikləri şəkillərlə şagirdlərə xoş əhval-ruhiyyə bəxş etdilər.