Riyaziyyat fənnindən müsabiqə keçirildi

15 mart 2018-ci il tarixində məktəbin ibtidai sinif müəllimləri Nigar Quliyeva və Səlmi Hacıyevanın təşkilatçılığı ilə 1Ç və 1C sinif şagirdləri arasında riyaziyyat fənnindən müsabiqə keçirildi. Müsabiqədə məktəbin direktoru Akif Rəsulov, direktor müavinləri Aybəniz Vəliyeva və Səlimə Cəlilova iştirak edirdilər. Şagirdlər müəyyən olunmuş vaxt ərzində verilmiş tapşırıqları yerinə yetirdilər. Müsabiqənin sonunda qalib olan komanda A.Rəsulov tərəfindən diplomla təltif olundular.