15 sentyabr Bilik gününə həsr olunmuş tədbir keçirildi

15 sentyabr 2015-ci ildə ölkənin hər yerində olduğu kimi 242 nömrəli məktəbdə də Bilik günü qeyd olundu. Tədbirə şagirdlər, valideynlər, qonaqlar, eləcə də ötən illərin məzunları toplaşmışdılar. Tədbir dövlət himninin səslənməsi ilə başlandı. Məktəb direktoru Akif Rəsulov şagirdləri, onların valideynlərini, eləcə də müəllimləri bayram münasibəti ilə təbrik etdi. O, ötən tədris ilində məktəbin əldə etdiyi uğurlardan, keçirilən məktəbdənkənar və sinifdənxaric tədbirlərdən danışdı.Ölkə prezidenti cənab İlham Əliyevin, eləcə də Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın təhsilə, idmana, mədəniyyətə önəm verdiklərini qeyd etdi. Valideynlər də öz çıxışlarında Bilik günü münasibəti ilə məktəbin müəllim və şagird kollektivini təbrik etdilər. Eləcə də şagirdlər müxtəlif musiqi nömrələri ilə çıxış etdilər.Tədbirdə Nizami rayon İcra Hakimiyyətinin nümayəndəsi İsa müəllim də çıxış edərək təbriklərə qoşulduğunu bildirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi