Ekologiya gecəsi keçirildi

7 mart 2018-ci il tarixində məktəbin akt zalında biologiya müəllimi Samara Məmişova və tarix müəllimi Elnarə Nuriyeva ekologiya gecəsi keçirdilər. Tədbirdə 5-7-ci sinif şagirdlərinin iştirakı ilə “Ana təbiətin harayı” adlı tamaşa göstərildi. Ekologiya gecəsini təşkil etməkdə məqsəd hər kəsi – bir vətəndaş, şəxsiyyət olaraq öz yurdumuzun ekologiyasını qorumağa səsləmək idi. Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlim Dəstək Mərkəzinin əməkdaşı Tahirə Qədirova, Nizami rayon məktəblərinin biologiya metodbirləşmə sədrləri, valideynlər iştirak edirdilər. Məktəbin “Şən palitra” dərnəyinin şagirdləri də tədbirə qoşulmuşdular. Onlar “Ekologiya şagirdlərin gözü ilə” mövzusunda rəsmlər çəkmiş və sonda rəsmlərini təqdim etmişdilər. Tədbirdə çıxış edən T.Qədirova təşkil olunan bu gecəni yüksək qiymətləndirmiş və bu işin davamlı olacağını bildirmişdir. Sonda çıxış edən şagirdlərə tədbirdə fəal iştirakına görə müdiriyyət tərəfindən təşəkkürnamə təqdim edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi